"Baykar" şirkəti tərəfindən istehsal olunmuş Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Kızılelma" qəbul sınaqlarını uğurla başa vurduqdan sonra təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

İlk mərhələdə üç ədəd "Kızılelma"nın təhvil verilməsi ilə dünya aviasiya tarixində ilk dəfə pilotsuz döyüş təyyarəsi əməliyyat məqsədilə silahlanmaya daxil edilib.

"Baykar"ın öz vəsaitləri hesabına həyata keçirdiyi işlər nəticəsində hazırlanan layihə üzrə indiyədək sınaq və təlimlər çərçivəsində ümumilikdə 600 uçuş həyata keçirilib.

Qəbul sınaqlarını uğurla tamamlayan ilk üç "Kızılelma" 19 noyabr 2026-cı il tarixində təhlükəsizlik qüvvələrinə təhvil verilib. Bu təhvillə Türkiyə dünya aviasiya tarixində pilotsuz döyüş təyyarəsini öz inventarına daxil edən ilk ölkə olub.