Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya TƏBİB-də VƏZİFƏ VERİLDİ
sizinxeber.az xəbər saytı

Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya TƏBİB-də VƏZİFƏ VERİLDİ


Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib.

Sizinxeber.Az Bakupost.az-a istinadla xəbər verir ki, o, işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyin olunub. Məlumatda bildirilir ki, T.Əhmədovaya əvvəlki sahə üzrə eyni vəzifə həvalə edilib və o artıq işinin icrasına başlayıb.

Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Təranə Əhmədova 2024-cü ilin dekabrında Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı saxlanılan Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Səidə Rüstəmovanı əvəz etmişdi.

Səidə Rüstəmova saxta sertifikasiya işi ilə bağlı ittiham olunur.

Oxşar xəbərlər

Nazir Təranə Əhmədovanı işdən çıxardı - Foto
Səhiyyə Nazirliyinin rüşvət müqabilində plastik cərrahiyyə ilə bağlı sertifikasiya verən şöbə müdirləri ifşa edilib
Plastik cərrahiyyə ilə bağlı sertifikat verən şöbə müdirləri barəsində məhkəmə qərar qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər