Moskvanın küçələrinin birinə Heydər Əliyevin adı veriləcək - VİDEO
sizinxeber.az xəbər saytı

Moskvanın küçələrinin birinə Heydər Əliyevin adı veriləcək - VİDEO


Rusiya paytaxtı Moskvanın küçələrinin birinə ümummilli lider Heydər Əliyevin adının verilməsi təklif olunub.

Sizinxəbər.az-ın məlumatına əsasən,bu təkliflə Azərbaycan Milli Məlcisinin deputatı Emin Hacıyev çıxış edib.

Millət vəkili təklifini dekabrın 8-də Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci iclasında səsləndirib.

O, 2023-cü ilin Heydər Əliyev İli olduğunu xatırlayaraq bildirib: “Bu gün Rusiyada Heydər Əliyevi hörmətlə anırlar və xatırlayırlar. Axı Heydər Əliyev ən məhsuldar illərində Moskvada yaşayıb-yaradıb. Fürsətdən istifadə edib Heydər Əliyevin adının Moskvadakı küçələrdən birinə verilməsi təşəbbüsü ilə çıxış etmək istərdim”.

Rusiya tərəfi deputatın təklifinin diqqətə alınaraq həllini tapacağını söyləyib.

Politoloq Sergey Markov təşəbbüsü Baku TV-yə şərh edərkən deyib ki, bu, çox yaxşı ideyadır:

“Əminəm ki, təşəbbüs Moskva meri Sobyanin və paytaxt hökuməti, eləcə də Rusiya ictimaiyyəti tərəfindən  dəstəklənəcək. Heydər Əliyev Moskvada çox işləyib və bütün ölkə üçün çalışıb”.

Daha ətraflı Baku TV-nin süjetində: 

Oxşar xəbərlər

Xocalıda küçələrdən birinə şəhid Natiq Qasımovun adının verilməsi təklif olunur
Moskvada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş anım gecəsi
Əliyev və Putinin dost münasibətləri strateji tərəfdaşlığın əsasını təşkil edir - Komitə sədri
Heydər Əliyevin ideyaları Azərbaycan xalqının amallarına xidmət etməkdədir - Bahar Muradova
İqtisadiyyat Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər