Bağça müəllimlərinin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçirilir
Bu gün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçiriləcək.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən "Report"a bildirilib ki, ümumilikdə ölkə üzrə 17 imtahan mərkəzində təşkil olunacaq test imtahanlarına 5038 namizəd dəvət edilib.
Test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılır. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanacaq. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.
Namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq.
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyi boş vəzifələrin tutulması üçün müsahibə keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Direktor müavinlərinin işə qəbulu üzrə müsahibələrin vaxtı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ - Nəticələr AÇIQLANDI [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Hələ də müəllim peşəsi qadın işi kimi qəbul edilir" - Məleykə Abbaszadə [xfgiven_updateblue][/xfgiven_updateblue]
Windows 11-in Start menyusunda istifadəçilərə maraqlı olacaq saytların linkləri əks olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












