Konstitusiya Məhkəməsinin iclasında parlament seçkilərinin nəticələrinin təsdiq olunmasına baxılır - YENİLƏNİB
Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsi sədrinin müavini, məruzəçi hakim Rövşən İsmayılov Mərkəzi Seçki Komissiyasının (MSK) 2024-cü il sentyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokoluna Konstitusiya icraatı qaydasında baxıldığını bildirib.
APA-nın xəbərinə görə, məruzəçi hakim Kamran Şəfiyev parlament seçkiləri ilə bağlı prokurorluq və polis orqanlarına daxil olan şikayətlər barədə məlumat verib.
Onun sözlərinə görə, Respublika Prokurorluğu bildirib ki, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə 13 şikayət təqdim edilib, onlardan 6-sı üzrə cinayət işinin başlanılması rədd edilib. Digər şikayətlər aidiyyəti üzrə göndərilib. Şikayətlər seçkinin nəticələrinə təsir göstərməyib.
Bakı Apelyasiya Məhkəməsinə 25, Sumqayıt Apelyasiya Məhkəməsinə 8, Şəki Apelyasiya Məhkəməsinə 5, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə 1, Ali Məhkəməyə 12 ərizə daxil olub. Ali Məhkəməyə daxil olan 1 iş üzrə Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib.
İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçkilərdə ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb. Onlardan 3-ü dairə seçki komissiyaları, 43-ü MSK tərəfindən etibarsız sayılıb. 17 dairə üzrə 35 seçki məntəqəsinin seçki komissiyası buraxılıb.
6 433 184 nəfər seçici siyahılarına daxil edilib, 2 395 510 nəfər səs verib. Parlament seçkilərində seçici fəallığı 37,24% olub.
Daha sonra Konstitusiya Məhkəməsinin hakimləri M. Pənahova bir neçə sual ünvanlayıb, M. Pənahov həmin sualları cavablandırıb.
***
saat 15.03
Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası başlayıb.
APA-nın məlumatına görə, iclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2024-ci il sentyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılır.
Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib. İclasda məruzəçi hakim Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.
Oxşar xəbərlər
MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkilərinin yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbədənkənar parlament seçkilərinə sentyabrın 22–dək yekun vurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konstitusiya Məhkəməsində MDB PA-nın müşahidəçiləri ilə görüş keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












