Növbədənkənar parlament seçkilərinə sentyabrın 22–dək yekun vurulacaq
Növbədənkənar parlament seçkilərinin nəticələrinin yoxlanılması və yekun vurulması prosesinin nə zaman başa çatacağı məlum olub.
Sizinxeber.az-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.
Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə günündən ən geci 20 gün keçənədək Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması təmin edilməlidir.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət sentyabrın 22-dək olan dövrü əhatə edir.
Seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn həftə beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konstitusiya Məhkəməsində MDB PA-nın müşahidəçiləri ilə görüş keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda parlament seçkilərində səsvermə başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












