Rövzət Qasımov: Sosial şəbəkələrdə olan məlumatları detallı şəkildə araşdırırıq
Seçkidən sonrakı dövr seçki prosesində narazı qalan, hər hansı məqamlarla barışmayan vətəndaşlarımızdan olan müraciətlərin araşdırılmasıdır
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, seçkidən sonra 2 gün ərzində DSK-lar tərəfindən səsvermənin nəticələrini əks etdirən protokollar MSK-ya təqdim olunub: “MSK da bütün lazımi addımları atıb. MSK istər sosial şəbəkələr, istər namizədlərdən daxil olan müraciətlər, istərsə də “Qaynar xətt”-ə daxil olan müraciətləri ciddi şəkildə araşdırır. Milyonlarla insanın iştirak etdiyi bir prosesdə heç bir nöqsan olmur desək, düzgün olmaz, bu 50-60 il əvvəli xatırladar. Biz çalışırıq ki, bütün məqamlarla bağlı bütün reaksiyaları verək. MSK hətta daxil olmayan məlumatları da ciddi təftiş edir. Sosial şəbəkələrdə olan məlumatları da biz detallı şəkildə araşdırırıq”.
Oxşar xəbərlər
Məzahir Pənahov: Seçki ilə bağlı sosial şəbəkələrdəki görüntülər araşdırılacaq
MSK sədrinin müavini: Veb-kameralarla müşahidə üçün heç bir qeydiyyat tələb olunmur
Parlament seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı 3-ə çatıb
Mətbuat Şurası: Seçki ilə bağlı jurnalistlərdən "Qaynar xətt"ə müraciət daxil olmayıb
Milli Məclisə seçkilərlə əlaqədar 1000 məntəqədə veb-kamera quraşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













