MSK sədrinin müavini: Veb-kameralarla müşahidə üçün heç bir qeydiyyat tələb olunmur
Seçki günü proseslərin birbaşa izlənilməsi, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin olunması üçün texniki parametrləri gücləndirilmiş və daha da təkmilləşdirilmiş veb-kameralardan istifadə olunur.
Sizinxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, veb-kameralar vasitəsilə hər kəs istər ölkə daxilində, istərsə də ölkə xaricindən seçki günü MSK-nın internet səhifəsinə daxil olmaqla, heç bir qeydiyyat tələb olunmadan, səsvermə günü məntəqələrdəki bütün prosesləri yüksək görüntü effekti ilə fasiləsiz müşahidə edə biləcəklər.
Rövzət Qasımovun sözlərinə görə, Azərbaycanda keçirilən seçkiləri veb-kameralar vasitəsilə daha çox ABŞ, Türkiyə və İngiltərədən izləyirlər və bu da ölkədə gedən proseslərə xaricdən olan marağın göstəricisidir: “Prosesi canlı yayımlayan kameralar kifayət qədər yüksək standartlara cavab verir. Veb-kameralarda seçki qutularının görünməsi məcburi xarakter daşıyır. MSK əvvəlki seçkilərdə də veb-kameralar olan məntəqələrdən şikayət daxil olanda saatlarla veb-kameralardan görüntüləri araşdırıblar. Veb-kameralar ədalətli qərar çıxarılmasına da kömək olur”.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərlə əlaqədar 1000 məntəqədə veb-kamera quraşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK-nın parlament seçkiləri ilə əlaqədar maarifləndirici xarakterli tədbirləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı 3-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK sədri ATƏT/DTİHB-yə təşəkkür edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ödənişli təşviqatla bağlı 54 media orqanı MSK-ya müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












