MSK iki seçki dairəsində 6 məntəqədə səsvermənin nəticələrini etibarsız sayıb
sizinxeber.az xəbər saytı

MSK iki seçki dairəsində 6 məntəqədə səsvermənin nəticələrini etibarsız sayıb


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 24 saylı Nizami Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Ülviyyə Şükürovanın və 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Əzizovun müraciətlərinə baxılıb.

Sizinxeber.az xəbər verir ki, 24 saylı Nizami Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Ülviyyə Şükürovanın müraciəti üzrə 4, 6, 28, 31 və 33 saylı məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.

Bu 5 məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Əzizovun müraciəti üzrə 17 saylı məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb. Bu məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.

Oxşar xəbərlər

MSK 6 namizədin müraciəti üzrə DSK qərarlarını qüvvədə saxlayıb, 5 məntəqədə nəticələr etibarsız sayılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
42 saylı Sumqayıt Birinci Seçki Dairəsində 1 məntəqədə səslər etibarsız sayılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
78 saylı Lənkəran Kənd Seçki Dairəsində 2 məntəqədə seçkinin nəticələri etibarsız sayılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK Müsavat Partiyasının namizədinin müraciətini əsassız sayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK 97 saylı Tərtər-Ağdərə-Goranboy DSK-nın qərarını qüvvədə saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər