Azərbaycanda aprelin 27-dən mayın 3-dək “İmmunlaşdırma həftəsi” keçiriləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda aprelin 27-dən mayın 3-dək “İmmunlaşdırma həftəsi” keçiriləcək


Azərbaycanda aprelin 27-dən mayın 3-dək “İmmunlaşdırma həftəsi” keçiriləcək. 

“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin Azərbaycanda da yüksək səviyyədə təşkilidir. 

Sənədə əsasən, Azərbaycanın bütün şəhər və rayonlarında təşkilatı-hüquqi formasından asılı olmayaraq, uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən bütün tibb idarə və müəssisələrin rəhbərlərinə “İmmunlaşdırma həftəsi”nin keçirilməsi tapşırılıb.

Respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi sənəddə öz əksini tapıb. Eyni zamanda, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili də nəzərdə tutulub.

Oxşar xəbərlər

Səhiyyə naziri “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı əmr imzalayıb
Səhiyyə Nazirliyi qızılca xəstəliyi ilə bağlı vətəndaşlara müraciət edib
Bakıda COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
Gürcüstanda COVID-19-a yoluxma halları artıb
Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrini aparacaq qurum müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle