Azərbaycanda 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - RƏSMİ
Azərbaycanda 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində yaradılmış Xüsusi Təftiş Komissiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Həmin tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunub və sənədləri ətraflı araşdırılıb. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların video-audio çəkilişləri aparılıb və hər bir iclas protokollaşdırılıb. Komissiyanın ümumilikdə 11 iclası keçirilib.
Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib olunaraq bu də yerləşdirilib.
Oxşar xəbərlər
42 plastik cərrahın fəaliyyətinə icazə verilib - SİYAHI
Azərbaycanda 42 plastik cərrahın fəaliyyətinə icazə verilib - SİYAHI
Plastik cərrahların ixtisas sənədlərinin yoxlanması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb
Plastik cərrahların sənədlərini Səhiyyə Nazirliyinə təqdim etmələri üçün verilən vaxt başa çatır
Səhiyyə Nazirliyindən plastik cərrahlara ÇAĞIRIŞ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













