Dərman vasitələrinin farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinin tarifləri tənzimlənib
sizinxeber.az xəbər saytı

Dərman vasitələrinin farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinin tarifləri tənzimlənib


Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinin tarifləri tənzimlənib.

"Report" xəbər verir ki, bununla bağlı məsələyə Tarif Şurasının bugünkü iclasında baxılıb. 

Qeyd olunub ki, tariflərin dərman vasitərlərinin qiymətlərinə təsiri gözlənilmir. Çünki farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinə görə tariflərin ödəyiciləri dərman vasitələrinin istehsalçıları və ya idxalçılarıdır.

Eyni vəsiqə sahibinə münasibətdə təsiredici maddə əsas götürülməklə Azərbaycanda dövlət qeydiyyatı olan dərman vasitəsinin fərqli dozaları və fərqli formaları nəzərdə tutulur.

Qərar mayın 1-də qüvvəyə minəcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında” Qərarı ilə dərman vasitələrinin qeydiyyat müddəti ərzində də farmakonəzarət sənədlərinin ekspertiza xidmətlərinin həyata keçirilməsi, həmin sənədlərin təqdim edilməsi üzrə müddətin hesablanması, dövrülüyü və digər məsələlərlə əlaqədar dəqiqləşmələr və əlavələr edilib.

Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinin tarifləri aşağıdakı kimidir:

Xidmətlərin adı

Ölçü vahidi

Tarif

Manat (ƏDV-siz)

 
 

I

II

III

IV

 

1.

Orijinal dərman vasitələri

     

1.1.

Dövri olaraq yenilənən təhlükəsizlik hesabatı sənədlərinin (DYTH) ekspertizası

1 ədəd

400

 

1.1.1.

Hər əlavə doza*

1 ədəd

50

 

1.1.2.

Hər əlavə forma*

1 ədəd

50

 

1.2.

Risk idarəetmə planı sənədlərinin (RİP) ekspertizası

1 ədəd

300

 

1.2.1.

Hər əlavə doza*

1 ədəd

50

 

1.2.2.

Hər əlavə forma*

1 ədəd

50

 

2.

Generik dərman vasitələri

     

2.1.

Dövri olaraq yenilənən təhlükəsizlik hesabatı sənədlərinin (DYTH) ekspertizası

1 ədəd

360

 

2.1.1.

Hər əlavə doza*

1 ədəd

50

 

2.1.2.

Hər əlavə forma*

1 ədəd

50

 

2.2.

Risk idarəetmə planı sənədlərinin (RİP) ekspertizası

1 ədəd

280

 

2.2.1.

Hər əlavə doza*

1 ədəd

50

 

2.2.2.

Hər əlavə forma*

1 ədəd

50

 

3.

Farmakonəzarət sisteminin əsas dosyesinin (FSƏD) ekspertizası

1 ədəd

620

 

Oxşar xəbərlər

Tarif Şurasından iclas: Dərman qiymətləri...
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib 
Yeni dövlət qeydiyyatına alınan 187 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib
Dərmanların qeydiyyatının yeni mexanizmi yaradılır və asanlaşdırılır
Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər