Son dörd ildə icbari tibbi sığortaya yatırılan investisiyalar nəticəsində 135,5 milyon manat gəlir əldə edilib
2020-ci ildən etibarən, icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək məqsədilə həyata keçirilən investisiyalar nəticəsində 135,5 milyon manat gəlir əldə olunub.
"Sizinxeber.az" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu il üçün həmin rəqəm 74,2 milyon manat təşkil edir:
“İnvestisiyalardan əldə olunan hər bir vəsaitdən sığortaolunanlara daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi məqsədilə istifadə olunur”.
Sədr əlavə edib ki, ümumilikdə səhiyyəyə ayrılan vəsaitin həcmi 2,8 milyard manatı ötür:
"Bu vəsaitlərin əsas hissəsini dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait, işəgötürən və işçi tərəfindən ödənilən sığortahaqları təşkil edir.
Agentlik 2020-2023-cü illər və 2024-cü ilin ilk on ayı ərzində dövlət tibb müəssisələrini 400 milyon manatdan çox məbləğdə dərman/tibbi sərflə təmin edib".
Oxşar xəbərlər
Zaur Əliyev: Tibbi xidmətlərə müraciətlərin sayı 22 milyonu keçib
İcbari Tibbi Sığorta Fondunun büdcəsi 39 milyon manat artırılır
İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırmalar 13 % artıb
Bu ilin ilk 10 ayında sığortahaqqı ödəyənlərin sayı 2 milyon 237 min nəfərə çatıb
İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













