Bakıda “İş yerində neyromüxtəliflik” mövzusunda panel müzakirəsi keçirilib
sizinxeber.az xəbər saytı

Bakıda “İş yerində neyromüxtəliflik” mövzusunda panel müzakirəsi keçirilib


Noyabrın 17-də Bakıda “İş yerində neyromüxtəliflik” adlı tədbir baş tutub.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Fondunun Baş icraçı direktoru Anil Soni, “NEQSOL Holding”in dayanıqlılıq üzrə baş direktoru Kadri Özen və digər rəsmilər iştirak ediblər.

Panel müzakirəsi zamanı neyromüxtəlif fərdlərə dəstək üçün inklüziv təcrübələrin tətbiqi, bu sahədə iş təcrübələri və üzləşilən çətinliklər, dəstəkçi iş mühiti yaratmaq üçün praktik addımların atılması və digər mövzular ətrafında geniş fikir mübadilələri aparılıb.

Çıxışçılar neyromüxtəlifliyin öyrənmə və ünsiyyət pozğunluqları da daxil olmaqla bir çox nevroloji pozğunluqları əhatə etdiyini qeyd ediblər. Eyni zamanda, iş yerində neyromüxtəlifliyin dəstəklənməsinin vacibliyi diqqətə çatdırılıb.

Neyrodivergent insanların dünyanı unikal üsullarla gördüyünü nəzərə alaraq, onlar iş yerində həm fərdi rifaha, həm də peşəkar artıma təsiri olan çətinliklərlə üzləşə bilərlər. Bu baxımdan onlar üçün sensorlu iş məkanları və istirahət zonalarının yaradılması vacibdir.

Oxşar xəbərlər

Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib
Qebreyesus: Gələcəkdə Azərbaycanla birgə layihələr uğurla reallaşdırılacaq
Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
Nazir məktəblilərlə bağlı həyata keçirilən tədbirlərdən danışdı
Bakıda "İqlim dəyişikliyi kontekstində insan yerdəyişməsi" mövzusunda panel müzakirəsi olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle