Azərbaycanda orqan köçürülməsi üçün növbədə olanların sayı açıqlanıb - RƏSMİ
Hazırda Azərbaycanda 910 nəfər orqan transplantasiyası (böyrək, qaraciyər, sümük iliyi və buynuz qişasının transpalntasiyası) üçün növbədədir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Koordinasiya Mərkəzindən bildirilib.
Məlumata əsasən, onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişa transplantasiyası üçün növbə gözləyir.
"Böyrək transplantasiyası üçün növbə gözləyənlərdən 18-i uşaq, 280 nəfəri böyükdür. Bununla yanaşı, qaraciyər transplantasiyası üçün 5 uşaq, 118 böyük, sümük iliyi transplantasiyası üçün 371 uşaq, 93 böyük, buynuz qişa transplantasiyası üçün isə 2 uşaq, 23 böyük hazırda növbə gözləyir", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Cari ildə həyata keçirilən orqan transplantasiyası əməliyyatlarının nəticəsi açıqlanıb
Bu ilin altı ayı ərzində Azərbaycanda 61 böyrək, 54 qaraciyər köçürülüb
Azərbaycanda 70-dən çox talassemiya xəstəsi sümük iliyi köçürülməsi üçün növbə gözləyir
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
SN: 600-ə yaxın şəxs donor gözləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
