TƏBİB: Son altı ayda 44 milyondan çox tibbi xidmət göstərilib
sizinxeber.az xəbər saytı

TƏBİB: Son altı ayda 44 milyondan çox tibbi xidmət göstərilib


TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ilin ilk altı ayı (yanvar-iyun) ərzində ümumilikdə 12 milyon 393 min 131 müraciət qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, bunlardan 260 min 661-i stasionar, 12 milyon 132 min 470-i ambulator olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə müraciət sayı 4 % artıb.

Yanvar-iyun aylarında göstərilən xidmət sayında ötən illərin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 44 milyon 174 min 073 (5 811 277 stasionar, 38 362 796 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı ötən illə müqayisədə 13% artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlk 6 ay ərzində 18 milyon 722 min 731 sayda laborator müayinələr aparılıb ki, onların da 2 milyon 843 min 708-i stasionar, 15 mln 879 min 023-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 18 % artım qeydə alınıb.

Eyni zamanda yanvar-iyun ayları ərzində 181 min 352 cərrahi əməliyyat və prosedur (169 138 stasionar, 12 214 ambulator olmaqla) icra olunub. Cərrahi əməliyyat və prosedurların sayı isə ötən illə müqayisədə 1 % azalıb.

Oxşar xəbərlər

TƏBİB: Bu ilin I rübündə 20 milyondan çox tibbi xidmət göstərilib
Son doqquz ayda TƏBİB tabeli xəstəxanalarda 274 mindən çox cərrahi əməliyyat icra olunub
Bu ilin ötən dövründə TƏBİB tabeli xəstəxanalarda 62 milyona yaxın tibbi xidmət göstərilib
Son üç ayda şəhid ailəsi üzvlərinə 41 minə yaxın tibbi xidmət göstərilib
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər