Qobu və Saray qəsəbələrində yeni təcili tibbi yardım stansiyaları istifadəyə verilib

Qobu və Saray qəsəbələrində yeni təcili tibbi yardım stansiyaları istifadəyə verilib.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, mart ayının əvvəlindən Qaradağ Təcili Tibbi Yardım Stansiyasının 1 saylı bölməsinin Qobu filialı fəaliyyətə başlayıb. Qeyd olunan ərazidə əvvəllər təcili tibbi yardım stansiyasının olmaması səbəbindən sakinlər çağırış verərkən operativ tibbi xidmətin göstərilməsi baxımından müəyyən çətinliklərlə üzləşirdilər. Filialın istifadəyə verilməsi ilə Qobu qəsəbəsi ilə yanaşı, ətraf ərazilərdə yaşayan vətəndaşlara da təcili tibbi yardım xidmətinin əlçatanlığı təmin olunub.

Üç otaqdan ibarət olan filialda 1 tibbi briqada fəaliyyət göstərir. Bölməyə 1 ədəd yeni təcili tibbi yardım avtomobili təhkim olunub.

Eyni zamanda Sumqayıt şəhərinin Saray qəsəbəsi ərazisində də yeni təcili tibbi yardım filialı fəaliyyətə başlayıb. Filialda 7/24 saat olmaqla növbəli rejimdə fəaliyyət göstərən 1 briqada xidmət aparır. İki otaqdan ibarət olan filial 1 ədəd təcili tibbi yardım avtomobili ilə təmin olunub.

Yeni filial Saray qəsəbəsi ilə yanaşı, Ceyranbatan qəsəbəsi sakinlərinə də xidmət göstərəcək. Sözügedən filial Saray Ailə Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, bununla da Qaradağ rayonu və Sumqayıt şəhəri üzrə fəaliyyət göstərən təcili tibbi yardım stansiyalarının sayı 6-ya çatıb.

Yeni stansiya və filialların fəaliyyətə başlaması həmin ərazilərdə yaşayan vətəndaşların təcili tibbi yardım xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, çağırışlara daha qısa müddətdə çatmağa şərait yaradacaq və tibbi yardımın vaxtında, keyfiyyətli şəkildə göstərilməsinə töhfə verəcək.

Qeyd edək ki, ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi də hazırlanıb.

SON XƏBƏRLƏR

Paşinyan: İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək

Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutulub

Alen Simonyan deputat mandatından imtina edib, yeni parlamentdə olmayacaq

“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO

Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir

ASCO-nun "Zəngilan" tankeri iki ildə 567 min tona yaxın yük daşıyıb

Evren Alkaya: "Avropa çempionatında məqsəd ilk növbədə qrupdan çıxmaqdır"

AMB 4 ödəniş təşkilatına çatışmazlıqların aradan qaldırılması barədə məcburi göstəriş verib

Rusiya Kiyevə kütləvi hücum zamanı 28 ballistik raket tətbiq edib

Beynəlxalq Fiqurlu Konkisürmə Birliyi Veronika Jilinanın Azərbaycanı təmsil etməsinə icazə verib

"Al Hadath": İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq

“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

"Kəpəz" Fərid Nəbiyevlə yollarını ayırıb

Tailandda 11 yaşlı oğlan atasının avtomobili ilə buddist rahibləri vurub: 8 nəfər ölüb, 18 yaralı var

Son altı ayda Azərbaycanda qanunsuz ov edən 62 nəfər saxlanılıb

Azərbaycan Tibb Universitetində Türkiyənin Atlas Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

Azercell ahılların rəqəmsal təhlükəsizlik və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsinə dəstək olub

Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrinin genişləndirilməsinə tərəfdardır

İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib

BÜTÜN XƏBƏRLƏR