Emi Karlon: Qarabağı öz gözlərimlə görməyimə şadam
sizinxeber.az xəbər saytı

Emi Karlon: Qarabağı öz gözlərimlə görməyimə şadam


ABŞ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycanın Qarabağ regionuna səfər etməkdən və regionun inkişafını öz gözləri ilə görməkdən şad olduğunu bildirib.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

"Burada olmaq imkanına görə çox şadam, bu, mənim Azərbaycanın bu regionuna ilk səfərimdir. Mən əvvəllər nə Şuşada, nə də Laçında olmuşam, ona görə də burada olmağımdan və vəziyyəti öz gözlərimlə görməyimdən həqiqətən şadam", - o vurğulayıb.

Qeyd edək ki, E.Karlon xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində regionda səfərdədir.

Oxşar xəbərlər

Xuan Alvares Qarabağa ilk səfəri barədə: Regionun bərpa tempini öz gözlərimlə görməyimə şadam
Slovakiya səfiri: Azərbaycan hökuməti Qarabağı fəal şəkildə inkişaf etdirir
Emi Karlon: Azərbaycan regional nəqliyyat və yükdaşıma mərkəzi kimi böyük potensiala malik
Amerikalı diplomat: Vaşinqton və Bakı münasibətləri yeni səviyyəyə yüksəlib
Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər