Emi Karlon: Azərbaycan regional nəqliyyat və yükdaşıma mərkəzi kimi böyük potensiala malik
Azərbaycan regional nəqliyyat və yükdaşıma mərkəzi kimi böyük potensiala malikdir.
ABŞ-nin Bakıdakı səfirliyindən "Sizinxeber.az"a verilən məlumata görə, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) naharında bildirib.
Əsas çıxışında Karlon regional bağlantıların genişləndirilməsi, o cümlədən enerji, ticarət və tranzit sahələrində əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işləri vurğulayıb. Bundan əlavə, tərəflər investisiya sahəsində qarşılıqlı fəaliyyəti, o cümlədən süni intellekt və rəqəmsal infrastruktur kimi istiqamətlərdə inkişaf etdirir, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirir.
Diplomatik missiyadan qeyd edilib ki, tədbirdə həmçinin ABŞ Dövlət Departamentinin baş məsləhətçisi Rebeka Neff və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Avropa və Avrasiya üzrə regional meneceri Sara Leminq iştirak ediblər.
Oxşar xəbərlər
Türkmənistanlı nazir: ECO enerji üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində böyük potensiala malikdir
ABŞ şirkətlərinin Azərbaycandakı layihələrdə iştirakı müzakirə olunub
Azərbaycan ABŞ ilə enerji dəhlizlərini müzakirə edib
Rusiya Ticarət və Sənaye Palatası: "Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilmək üçün böyük potensialı var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
