Viktoriya Lourens: Qarabağda aparılan bərpa işlərinin miqyası heyrətamizdir
sizinxeber.az xəbər saytı

Viktoriya Lourens: Qarabağda aparılan bərpa işlərinin miqyası heyrətamizdir


Azərbaycanın Qarabağ bölgəsində aparılan bərpa işlərinin miqyası heyran etməyə bilməz.

"Sizinxeber.az"un müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə britaniyalı səyyah Viktoriya Lourens deyib.

Səyyah qeyd edib ki, bu, onun Azərbaycana ilk səfəri deyil.

“Azərbaycanda sonuncu dəfə 1970-ci illərdə olmuşam, bu ərazini gəzmişəm və o vaxtdan bəri burada hansı inkişafın getdiyini görürəm”, – o bildirib.

V.Lourensin sözlərinə görə, dünya Qarabağda baş verənlər barədə daha çox bilməlidir. "Biz bütün bu müddət ərzində bunlardan xəbərsiz olmuşuq və indi mən bu bölgəni daha çox öyrənmək niyyətindəyəm", - o əlavə edib.

Səyyah qeyd edib ki, gələcəkdə ailəsi ilə birlikdə azad edilmiş ərazilərə məmnuniyyətlə gələcək.

Oxşar xəbərlər

Britaniyalı səyyah: Qarabağ hadisələri Qərbdə kifayət qədər işıqlandırılmır
Gürcüstanlı səyyah: Qarabağ Universitetində elmi dərəcə almaq istəyirəm

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər