Polşanın Azərbaycandakı yeni səfiri Qarabağ regionuna səfəri ilə bağlı təəssüratlarını bölüşüb
sizinxeber.az xəbər saytı

Polşanın Azərbaycandakı yeni səfiri Qarabağ regionuna səfəri ilə bağlı təəssüratlarını bölüşüb


Azərbaycanın Qarabağ regionundakı bərpa işlərinin miqyası, infrastruktura, yollara, tunellərə, yeni binalara böyük investisiyalar xoş təəssürat bağışlayır.

Bu barədə “Report”a müsahibəsində Polşanın Azərbaycandakı yeni səfiri Pavel Radomski bildirib.

Diplomat Qarabağa iki səfəri çərçivəsində Laçın, Ağdam, Şuşa və Xankəndidəki vəziyyətlə tanış olub.

“Həqiqətən də şadam ki, Azərbaycandakı diplomatik korpus nümayəndələri ilə iki səfərdə iştirak etmək imkanım oldu. Birinci səfər Xankəndiyə idi, ikinci səfər zamanı isə Laçındakı yeni hava limanını ziyarət etdik. Şuşada olduq, daha sonra Ağdama getdik və oradan qatarla Bakıya qayıtdıq. Hər iki səfər mənə xoş təəssürat bağışladı.

Xüsusilə, bərpa işlərinin miqyası, infrastruktura, yollara, tunellərə, yeni binalara böyük investisiyaları qeyd etmək istərdim. Ağdamda yeni dəmiryol vağzalını, Muğam Mərkəzini, konsert zalını gördük. Eyni zamanda, bölgənin qarşısında ciddi çağırışların olduğu aydındır. Bu, insanların bölgəyə qayıtması, onların işlə təmin edilməsi, tam infrastrukturun və layiqli həyat şəraitinin yaradılması ilə bağlıdır”, - o vurğulayıb.

Səfir vurğulayıb ki, ona səfərlərdən ilham və enerji dolu xoş təəssürat qalıb - regionun bərpası istiqamətində aparılan işlərin fəallığı məni valeh etdi.

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Polşa Azərbaycana yeni səfir təyin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliya səfiri: Ağdam yenidən Qarabağın iqtisadi mərkəzinə çevriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çexiya səfiri: İnvestorlarımız Şuşada hotel tikə bilərlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşa səfiri: Mənim üçün əsas prioritet əməkdaşlığın hər iki ölkəyə fayda gətirməsidir - MÜSAHİBƏ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər