Tomas Praynl: Beynəlxalq ictimaiyyət minaların təmizlənməsində Azərbaycana daha çox dəstək verməlidir
Beynəlxalq ictimaiyyət Azərbaycana humanitar minatəmizləmə sahəsində daha çox dəstək verməlidir.
Bunu “Sizinxeber.az”un Cəbrayıldakı müxbirinə almaniyalı səyyah Tomas Praynl deyib.
“Azərbaycanın azad edilmiş torpaqlarını tez bir zamanda minalardan təmizləmək lazımdır. Bu, BMT və digər təşkilatlar üçün prioritet məsələ olmalıdır”, - o bildirib.
Səyyahın sözlərinə görə, minalar müharibə başa çatdıqdan sonra da mülki əhalinin üzləşdiyi faciəli reallıqdır.
“Mən İraqda, Əfqanıstanda, Balkanlarda olmuşam. Ancaq bu problemin miqyası ilə ilk dəfə burada, Qarabağda rastlaşdım. Minalar - əsassız şəkildə qurbanlar deməkdir. Əksər hallarda, sadəcə olaraq, onların üzərinə basan sadə insanlar əziyyət çəkir”, - o qeyd edib.
Praynl əlavə edib ki, o, piyada əleyhinə minalara qlobal qadağa ideyasını tam dəstəkləyir.
Oxşar xəbərlər
Almaniyalı səyyah: Beynəlxalq ictimaiyyət mina problemi üçün Azərbaycana maliyyə dəstəyi, texnologiya verməlidir
İşğaldan azad edilmiş 1 166 702 ha ərazidə minaların olması güman edilir
Viktoriya Lourens: Qarabağda aparılan bərpa işlərinin miqyası heyrətamizdir
Pistorius: Almaniya piyada əleyhinə minaları qadağan edən konvensiyalardan çıxmayacaq
ABŞ-li səyyah: Beynəlxalq ictimaiyyət mina probleminin həlli üçün mütləq birləşməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













