ABŞ-li səyyah: Beynəlxalq ictimaiyyət mina probleminin həlli üçün mütləq birləşməlidir
Beynəlxalq ictimaiyyət mina problemini həll etmək və mina qurbanların sayının mümkün qədər azalması yollarını müəyyənləşdirmək üçün bir araya gəlməlidir.
Sizinxeber.az xəbər verir ki bu barədə Qarabağa səyahət edən ABŞ-dan olan səyahətçi Lakşmi Partasarati bildirib.
O, Azərbaycanın beynəlxalq ictimaiyyətin diqqətini işğaldan azad edilmiş ərazilərdəki mina probleminə yönəltməklə düzgün yolda olduğunu qeyd edib.
“Mən mina problemindən əziyyət çəkən bir çox ölkələrdə olmuşam. Beynəlxalq ictimaiyyət bu problemi həll etmək üçün mütləq birləşməlidir”, - L.Partasarati deyib.
Səyyah səfəri barədə danışarkən səyahətin yaddaqalan olduğunu vurğulayıb:
“Bu, füsunkar bir neçə gün oldu. Azərbaycanda əvvəllər heç vaxt olmamışdım, ölkəniz çox gözəldir, buradakı insanlar isə çox qonaqpərvərdirlər. Azərbaycana yenidən səfər etmək və burada daha çox qalmaq istərdim. Böyük ölkədir görüləsi çox şey var. Mən səfərimdən əvvəl Azərbaycan barədə çox da bilmirdim sadəcə bəzi məlumatlar oxumuşdum. Ölkəni kəşf etmək, öyrənmək üçün çox həyəcanlıyam".
Oxşar xəbərlər
Lakşmi Partasarati: Beynəlxalq ictimaiyyət mina problemini həll etmək üçün birləşməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici səyyahların işğaldan azad olunan ərazilərə səfəri davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Amerikalı səyyah: Azərbaycan Qarabağda möhtəşəm işlər görür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq səyyahlar qrupu Xudafərin körpüsündə olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN: Azad edilmiş ərazilərdə bu il 955 mina, 1405 PHS aşkarlanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












