EULEMA-nın sədri: Bu tədbir Azərbaycanın İslamofobiya ilə mübarizədə nümunə ola biləcəyini göstərir
sizinxeber.az xəbər saytı

EULEMA-nın sədri: Bu tədbir Azərbaycanın İslamofobiya ilə mübarizədə nümunə ola biləcəyini göstərir


İslamofobiya ilə mübarizə tədbiri Azərbaycanın bu istiqamətdə fəaliyyətdə nümunə ola biləcəyini göstərir.

“Report” xəbər verir ki, bunu COREIS-in vitse-prezidenti, EULEMA-nın sədri İmam Yəhya Pallavicini “Avropada antimusəlman qanunvericiliyinin institusionallaşması. Radikallaşma fonunda antimusəlman ritorikası və yayılmış islamofobik əhval-ruhiyyə” mövzulu panel sessiyada deyib.

“Artıq bir neçə dəfə Azərbaycanda olmuşam və bu gün burada keçirilən İslamofobiya ilə mübarizə tədbiri Azərbaycanın bu istiqamətdə fəaliyyətdə nümunə ola biləcəyini göstərir. Çünki bura ikili standartların hökm sürmədiyi bir yerdir”,- o əlavə edib.

Natiq avropalıların öz güclərindən istifadə edərək islamofob davranışları artırdığını vurğulayıb:

“Onlar unudurlar ki, təkallahlı dinlər Şərqdən Avropaya doğru gəlib. Monoteizmin mənşəyi - yəhudilik, xristianlıq və islam - bu üç ailə də Şərqdən gəlib və Qərbə doğru yayılıb. Qərbin qəfil yəhudi-xristian qaydalarının səhv bir yozumunu “kəşf etməsi” tarixi, teoloji və Şərqlə Qərb arasındakı düzgün münasibətlərlə uzlaşmayan bir yanaşmadır".

Imam Yahya Pallavicini bildirib ki, müsəlmanları qurban kimi göstərmək, digər dinlərə qarşı ayrı-seçkilik etmək qəbuledilməzdir.

Oxşar xəbərlər

Fərid Şəfiyev: İslamofobiya geosiyasi təhdiddir
Ramin Məmmədov: Azərbaycan islamofobiya ilə mübarizədə özünün öhdəliklərini bilir və icra edir
BMT Baş katibinin nümayəndəsi: ABŞ və Aİ-də islamofobiya güclənir
Fərid Şəfiyev: Azərbaycanın xarici siyasətində islamofobiya ilə mübarizə önəmli yer tutur
Yunanıstan nümayəndəsi: İslamofobiya cəmiyyətin bütün təbəqələrinə nüfuz edən zəhərdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər