Yalçın Rəfiyev Kubaya səfər edib
sizinxeber.az xəbər saytı

Yalçın Rəfiyev Kubaya səfər edib


Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 22 may 2025-ci il tarixində Kuba Respublikasına səfər edib.

Bu barədə APA-ya XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Kuba Respublikasının xarici işlər nazirinin çoxtərəfli əməkdaşlıq məsələləri üzrə müavini Anayansi Rodriqez Kamexo, eləcə də Karib Hövzəsi Birliyinə (KARİKOM) üzv dövlətlərin Kubada akkreditə olunmuş səfirləri ilə işçi görüşlər keçirilib, Kubanın “Cubavision Internacional” televiziya kanalına müsahibə verilib.

Kuba xarici işlər nazirinin müavini ilə görüşdə Azərbaycan və Kuba arasında xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan uğurlu əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub. Tərəflər iqlim dəyişikliyi ilə mübarizə və bu kontekstdə Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əldə edilmiş tarixi nəticələr barədə fikir mübadiləsi aparıb, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylərin vacibliyini vurğulayıblar.

KARİKOM-a üzv dövlətlərin Kubadakı səfirləri ilə keçirilmiş görüş zamanı Azərbaycanın KARİKOM təşkilatı və ona üzv ölkələrlə əlaqələrin inkişafına xüsusi önəm verdiyi bildirilib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə və sonrakı mərhələdə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə (SIDS) göstərdiyi humanitar və inkişafa yardım dəstəyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanla sözügedən qurum arasında əlaqələrin genişləndirilməsinə, birgə layihələrin təşviqinə və çoxtərəfli platformalarda əməkdaşlığın gücləndirilməsinə dair qarşılıqlı maraq ifadə olunub.

Oxşar xəbərlər

Azərbaycanla Qvineya-Bissau arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Əlcəzair arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və İraq arasında siyasi məsləhətləşmələr keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan hökumət missiyası Somaliyə səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: Azərbaycan KARİKOM-la əməkdaşlığa xüsusi önəm verir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər