TDT-yə üzv və müşahidəçi ölkələrin XİN başçılarının zirvəöncəsi görüşü olub
Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi zirvəöncəsi görüşü olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin bildirib.
“Nazirimiz Hakan Fidan Budapeştdə TDT-nin qeyri-rəsmi zirvəsindən öncə təşkil edilmiş açılış tədbirində həmkarları ilə görüşüb”, – xarici siyasət idarəsinin sosial şəbəkə hesabındakı müvafiq postunda yazılıb.
XİN-in dərc etdiyi şəkildə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, üzv ölkələrin XİN başçıları – Murat Nurtleu (Qazaxıstan), Hakan Fidan (Türkiyə), Jeenbek Kulubaev (Qırğızıstan), Ceyhun Bayramov (Azərbaycan), Baxtiyar Saidov (Özbəkistan), habelə qurumda müşahidəçi olan Macarıstanın baş diplomatı Peter Siyarto əks olunub.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanda işgüzar səfərdədir. O, mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb. Dövlət başçısının mayın 21-də keçiriləcək TDT qeyri-rəsmi zirvəsində iştirak edəcəyi gözlənilir.
Oxşar xəbərlər
TDT-nin 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq
Türkiyənin XİN başçısı Çinin sədr müavini ilə görüşüb
TDT XİN başçılarının Nyu-Yorkda qeyri-rəsmi görüşü keçirilib - YENİLƏNİB
Ceyhun Bayramovla Hakan Fidanın görüşü başladı
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçılarının görüşü olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
