Vyetnam KİV: "Hanoy və Bakı arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var"
Bu ilin ilk üç ayında Vyetnam və Azərbaycan arasında ticarət dövriyyəsinin məbləği 100 milyon ABŞ dollarını ötüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Vyetnamın “Vietnamplus” qəzeti məlumat yayıb.
Bildirilib ki, bu, 2024-cü ilin göstəricisindən təxminən iki dəfə çoxdur.
Nəşrin məlumatına görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq davamlı artım nümayiş etdirir: 2022-ci ildə ikitərəfli dövriyyə 702,5 milyon ABŞ dolları təşkil etmişdisə, 2023-cü ildə bu rəqəm təxminən 250 milyon ABŞ dolları, 2024-cü ildə isə təxminən 52 milyon ABŞ dolları olub.
Vyetnam Azərbaycana kompüterlər, telefonlar, eləcə də dəniz məhsulları ixrac edir. Öz növbəsində, Azərbaycandan xam neft və neft məhsulları idxal olunur.
Hanoy və Bakı arasında əməkdaşlıq müdafiə, elm, texnologiya, təhsil, kadr hazırlığı, mədəniyyət və turizm kimi sahələrdə də inkişaf edir. Xüsusilə təhsil və mütəxəssis hazırlığı tərəfdaşlığın ənənəvi istiqamətləridir.
Nəşr qeyd edir ki, sovet dövründə Azərbaycan tələbələrin təhsili və kadr hazırlığı məsələlərində Vyetnama kömək edib və hazırda tərəflər bu sahədə yeni sazişlə bağlı danışıqları başa çatdırıblar.
Nəşr vurğulayır ki, hər iki ölkə satış bazarlarının genişləndirilməsi, neft-qaz sektorunun inkişafı və kadrlarla bağlı əməkdaşlıq sahəsində böyük perspektivlərə malikdir.
Oxşar xəbərlər
Səfir: Cari ilin 10 ayında Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb
Bu il Azərbaycan 20 milyon tondan çox neft ixrac edib
Bu il Azərbaycan 14 milyon tondan çox neft ixrac edib
CPC bu il 53 milyon ton neft ixrac edib
Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 3 %-dən çox artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













