Belarusun Baş naziri: Azərbaycanla bizi strateji tərəfdaşlıq birləşdirir
Azərbaycan ilə Belarusu strateji tərəfdaşlıq birləşdirir.
"Report" xəbər verir ki, bu sözləri Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycanın Baş naziri Əli Əsədov ilə geniş tərkibdə görüş zamanı deyib.
Belarus hökumətinin başçısı bildirib:
“Bu tərəfdaşlıq zamanın sınağından çıxıb və ölkələrimizin liderlərinin qarşılıqlı münasibətləri bunun parlaq təsdiqidir. Münasibətlərimizin “məhək daşı” ən geniş sahələri əhatə edən və yüksək intensivliyi ilə seçilən iqtisadi-ticari əməkdaşlıqdır. Keçən il əmtəə dövriyyəmizdə böyük rəqəmlər qeydə alınıb. Biz buna sevinməyə bilmərik, belə ki, zənnimcə, bizim hələ birlikdə səy göstərəcəyimiz hədəflər vardır.
Biz ərazilərin bərpası məsələsi üzərində dayandıq və bu gün problemin kompleks həllinə dair təkliflər üzərində birlikdə düşünməyə hazırıq. Bu, həm mənzil tikintisi, həm də, ən başlıcası, istehsalat sahəsidir, çünki əlbəttə, ilk növbədə, insanlara iş, əməkhaqqı lazımdır. Bunlar, həmçinin bu gün Azərbaycan tərəfi ilə daha sıx müzakirə etməyə hazır olduğumuz mövzulardır. Əlbəttə ki, sənaye korporasiyasının inkişafı, əməkdaşlığın yeni istiqamətləri, yanğınsöndürmə texnikası, xüsusi kommunal texnika və başqa sahələr də var”.
Oxşar xəbərlər
Aleksandr Turçin: Belarus və Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur
Belarusun Baş naziri Azərbaycana səfərə yollanıb
Azərbaycanla Belarus arasındakı əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb
Belarusun Baş naziri: Azərbaycanla çoxşaxəli əməkdaşlıq qarşılıqlı hörmət şəraitində inkişaf edəcək
Belarusun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
