Narışkin Bakıda Suriya kəşfiyyatının nümayəndələri ilə görüşüb
Rusiya və Suriya kəşfiyyat xidmətlərinin nümayəndələri ötən həftə Azərbaycanda görüş keçiriblər.
Sizinxeber.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.
Danışıqlar Azərbaycanın paytaxtı Bakıda Əfqanıstanla bağlı konfrans çərçivəsində aparılıb.
“Keçən həftə Bakıda Əfqanıstanla bağlı konfrans keçirilib, orada Yaxın Şərq və Böyük Avrasiya ölkələrinin liderləri və yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Onların arasında Suriya xüsusi xidmət orqanlarının rəhbərlərindən biri də var idi. Çox konstruktiv və mehriban görüşümüz oldu”, - Narışkin bildirib.
Qeyd edək ki, Rusiya kəşfiyyatının rəhbəri aprelin 17-18-də “Əfqanıstan: Regional Əlaqələr, Təhlükəsizlik və İnkişaf” adlı beynəlxalq forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olub.
Oxşar xəbərlər
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıda səfərdədir
Rusiya və ABŞ kəşfiyyat xidmətlərinin rəhbərləri görüşə bilər
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycanda səfərdə olub
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıda səfərdədir
Narışkin: Suriyadakı rusiyalıların təhlükəsizliyini təmin etmək üçün danışıqlar aparılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
