Fərid Şəfiyev: Kanadanın müstəqilliyini müdafiə edə bilən bir liderliyə ehtiyac var
sizinxeber.az xəbər saytı

Fərid Şəfiyev: Kanadanın müstəqilliyini müdafiə edə bilən bir liderliyə ehtiyac var


Monrealdan seçilmək üçün başa düşürəm ki, etnik səslərə, xüsusilə erməni icmasının dəstəyinə ehtiyac var.

"Sizinxeber.az" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "X" sosial şəbəkəsində Kanada xarici işlər naziri Melani Jolini qərəzli mövqeyinə münasibət bildirərək yazıb.

O bildirib ki, bu Azərbaycanın əvvəllər işğal olunmuş Qarabağ bölgəsinə dair erməni irredentizmini təbliğ etməyi tələb edir: "Lakin artıq Kanada üçün müstəqilliyini və birliyini müdafiə edə bilən bir liderliyə ehtiyac var".

Qeyd edək ki, M.Joli qondarma erməni soyqırımı ilə bağlı danışarkən Qarabağdan könüllü olaraq köç etmiş erməniəsilli şəxslər barədə təhrif olunan məlumatlar verib, Azərbaycana qarşı haqsız iddialarla çıxış edib.

Oxşar xəbərlər

Fərid Şəfiyev: Son iki ildə mətbuatda mənim adımdan təhrif olunmuş məlumatlar yayılıb
Fərid Şəfiyev azərbaycanlıların Ermənistana qayıtmasından danışıb: "Bir etnik qrupu digərindən üstün tuta bilməzsiniz"
Fərid Şəfiyev: Azərbaycanda Fransa mədəniyyətinə qarşı heç bir mənfi yanaşma yoxdur
Fərid Şəfiyev: Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərə dair çağırışlar qəbuledilməzdir
BMTM-də Fransa müstəmləkələrindən olan jurnalistlərlə görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər