Fərid Şəfiyev azərbaycanlıların Ermənistana qayıtmasından danışıb: "Bir etnik qrupu digərindən üstün tuta bilməzsiniz"
Erməni qaçqınların Qarabağa, yəni Azərbaycana qayıtması ilə azərbaycanlı qaçqınların Ermənistana qayıtması eyni kateqoriyalı məsələlərdir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "X"də yazıb.
O bildirib ki, bu, beynəlxalq hüquq kontekstində də belədir: "Qərəzli olmasanız, irqçi və ya ksenofob davranmasanız, bir etnik qrupu digərindən üstün tuta bilməzsiniz".
Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin əsas müavini Yuri Kim Karneqi Sülh Fondunun təşkilatçılığı ilə ötən həftə keçirilmiş “Cənubi Qafqazda yeni regional nizam üçün ABŞ-nin rolu” adlı tədbirdə qayıdış hüququ məsələsində qəbulolunmaz mövqedən çıxış edib və azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verib.
Yuri Kim Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə köçüb getmiş ermənilərin qayıdış hüququ haqqında danışdığı halda, Ermənistandan zorla qovulmuş azərbaycanlıların analoji hüququ barəsində bir kəlmə də deməyib.
Oxşar xəbərlər
QAİ ABŞ-dən insan hüquqları məsələsində nümayiş etdirdiyi etnik və dini ayrı-seçkiliyə son qoymağı tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin qayıdış hüququna ikili yanaşması - Vaşinqtonu gözləyən bumeranq effekti - TƏHLİL [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fərid Şəfiyev: "Ermənistanın sülh müqaviləsi ilə bağlı təklifləri qəbuledilməzdir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Dağlıq Qarabağın erməni xalqı” terminologiyası ərazi bütövlüyümüz və suverenliyimizə zidddir -XİN [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMTM sədri: Ermənistanın Təbrizdə Baş konsulluğunun açılması bizim üçün bir mesajdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












