Aİ-nin Azərbaycanda mina əməliyyatlarına dəstəyi builki yardımla birlikdə 23 milyon avroya çatacaq
Azərbaycanda mina əməliyyatlarına Avropa İttifaqının (Aİ) dəstəyi builki yardımla birlikdə ümumilikdə təxminən 23 milyon avroya çatacaq.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib.
"Avropa İttifaqının 2024-25-ci illər üçün Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzinə səfərbər etmək niyyətində olduğu 10 milyon avro ilə birlikdə Azərbaycanda mina əməliyyatlarına Aİ dəstəyi ümumilikdə təxminən 23 milyon avroya çatacaq",-deyə məlumatda qeyd olunub.
Bildirilib ki, Aİ Azərbaycanda mina əməliyyatları sahəsində ən böyük beynəlxalq donordur və əhali üçün təbii ehtiyatlara təhlükəsiz çıxışın təmin edilməsinə, həmçinin məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli və könüllü qayıdışı üçün şəraitin yaradılmasına töhfə verir:
"Aİ üzv dövlətləri ilə birlikdə 2024-cü ilin may ayında potensialın yaradılması, təlim, mina riski ilə bağlı maarifləndirmə və məlumatlandırma, eləcə də zərərçəkmişlərə yardım göstərmək üçün minalarla mübarizə üzrə Avropa Komandası təşəbbüsünü başladıb. Yardımları həm də bu çərçivədə həyata keçirir".
Oxşar xəbərlər
Azərbaycanda üç ildə mina problemi ilə bağlı layihələrə 356 min manata yaxın maliyyə ayrılıb
"Bavariya" Almaniya millisinin üzvünü 100 milyon avroya transfer etməyi düşünür
"Dinamo Zaqreb"ə məğlubiyyətlə "Qarabağ" hansı məbləğdən məhrum oldu?
Britaniya səfirliyi: Ağdam və Cəbrayılda mina hadisələri xəbəri bizi kədərləndirdi
Azərbaycanın minatəmizləmə fəaliyyətinə Serbiyanın mümkün dəstəyi müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













