Ceyhun Bayramov suriyalı həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov suriyalı həmkarı Əsəd əl-Şeybani ilə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə "Sana" agentliyi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə fəaliyyətlərin əlaqələndirilməsinin vacibliyini də vurğulayıblar.
"Nazirlər Suriya hökumətinin ölkənin bərpası və enerji sektorunda sabitliyin əldə edilməsi istiqamətində göstərdiyi səylərin dəstəklənməsinin mühüm olduğunu bildiriblər. Eyni zamanda, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər. XİN başçıları qurumlar arasında əlaqə kanallarının aktivləşdirilməsi və müxtəlif səviyyələrdə səfərlərin təşviq edilməsinin zəruriliyini vurğulayıblar", - agentlik bildirib
Oxşar xəbərlər
Bakı və Düşənbə arasında əməkdaşlıq müzakirə edilib
Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov yeni iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Azərbaycan və Rusiya baş nazirləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












