Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib
sizinxeber.az xəbər saytı

Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa xarici işlər naziri Jan-Noel Barronun regiondakı gərginliklə bağlı verdiyi açıqlamaya cavab verib.

Sizinxeber.az xəbər verir ki, XİN rəsmisi özünün "X" hesabında Fransanın Ermənistana öldürücü silahları tədarük etməsi və sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi xarici işlər naziri Jan Noel Barronun regionda gərginliyin yaranması ilə bağlı narahatlığını ifadə etdiyi fikirləri ilə uyğun gəlmədiyini bildirib.

O qeyd edib ki, bu ikili yanaşma Fransanın riyakarlığını göstərir:

“Sülh razılaşmasının üzərində işin başa çatdırılması önəmli hadisə olsa da, onun imzalanması və regionda uzunmüddətli sülhə nail olunması Ermənistanın Konstitusiyasında Azərbaycana ərazi iddialarının aradan qaldırılmasını və əsasən də Fransa tərəfindən regionda vəziyyətin destabilləşdirilməsinə xidmət edən xarici müdaxilənin aradan qaldırılmasını tələb edir. Bundan başqa insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslərin mühakiməsinə maneələrin yaradılması təkcə bu işlərin aparılmasını əngəlləmir, həm də törədilən cinayətlərə görə məsuliyyət məsələsinə xələl gətirir”.

Oxşar xəbərlər

Ayxan Hacızadə: Fransa XİN başçısının iddialarını qətiyyətlə pisləyirik
XİN Fransa nazirinin iddialarına cavab verib
Ayxan Hacızadə: Fransa XİN başçısının anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edirik
Ayxan Hacızadə Nikol Paşinyana cavab verib
Rəsmi Bakı Fransanın xarici işlər nazirinə cavab verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər