Binəli Yıldırım: Azərbaycanın Qarabağ zəfəri türk dünyasında böyük stimul verdi
Azərbaycanın Qarabağ zəfəri türk dünyasında böyük stimul verdi.
Bunu “Sizinxeber.az”a açıqlamasında Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım təşkilatın fəaliyyətində Azərbaycanın rolunu dəyərləndirərkən deyib.
O, TDT-nin digər beynəlxalq təşkilatlarla müqayisədə gənc - 15 yaşının olmasına baxmayaraq, fəaliyyətlərinə görə 50 ildən çox məsafə qət etdiyini bildirib: “Təşkilatda Türkiyə ilə Azərbaycanın çox önəmli xidmətləri var. Biz bu illər ərzində TDT çərçivəsində fəaliyyətlərimizdə heç bir fikir ayrılığı yaşamadıq”.
B.Yıldırım bunun səbəbini iki ölkə arasında həm də ünsiyyət baryerinin olmaması ilə əlaqələndirib: “Türkiyə ilə Azərbaycanı bu qədər yaxın edən həm də ortaq dilimizdir. Üstəlik hər iki ölkə latın əlifbasından istifadə edir. Digər türk dövlətləri ilə anlaşmamız üçün təşkilatımıza ortaq əlifbanın tətbiq olunması ilə əlaqədar iki ildir, aktiv fəaliyyətlər həyata keçirir. Ümid edirik, ünsiyyətimiz artdıqca əlaqələrimiz daha da genişlənəcək. Bu, həm də ortaq qarşılıqlı, mədəni əlaqələrin, rifahın artması deməkdir”.
ATƏT-in Minsk Qrupu, BMT kimi beynəlxalq təşkilatların 30 il Azərbaycanı ləngitdiyini vurğulayan TDT ağsaqqalı qeyd edib ki, amma Türkiyənin verdiyi dəstək qələbəyə gedən yolda Azərbaycan türklərinə mənəvi güc verib: “Öz növbəsində Azərbaycanın Qarabağ zəfəri ilə türk dünyası canlandı. Bu baxımdan mən “türkün türkdən başqa dostu yoxdur” deyiminə qatılıram. Dünyada türk birliyinin güclənməsi ilə biz həm də bir-birimizə sahib çıxa bilirik. Bundan sonrakı addımlarımız isə regional əməkdaşlığımızın güclənməsinə yönələcək”.
O, gələn il TDT-yə rəhbərliyin Azərbaycana keçəcəyini və may ayında da təşkiltın Budapeştdə qeyri-rəsmi zirvə görüşü olacağını da vurğulayıb: “Durmaq yox, yola davam”.
Oxşar xəbərlər
Türkiyə Ali Təhsil Şurasının sədri: Ortaq universitet bütün türk dünyası üçün nümunə ola bilər
Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Bakıya gəlir
Alparslan Türkeşin qızı: Türkiyə və Azərbaycan türk dünyasında əlaqələrin möhkəmlənməsində lokomotiv rolunu oynayır
Prezident: Müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin
Antalyada “Türk Dövlətləri Təşkilatı: Unikal Əməkdaşlıq Modeli” adlı panel keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
