İnstitut direktoru: ADA Universitetindəki forum məzmunlu müzakirələr üçün platforma olub
sizinxeber.az xəbər saytı

İnstitut direktoru: ADA Universitetindəki forum məzmunlu müzakirələr üçün platforma olub


ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum məzmunlu müzakirələr üçün platforma olub.

Bunu “Sizinxeber.az”a açıqlamasında “Amadeus” İnstitutunun kommunikasiya, analiz və tərəfdaşlıq direktoru Amin El Kabbaj bildirib.

"İlk növbədə, dəvət üçün təşkilatçılara təşəkkürümü bildirmək istərdim. Forum genişmiqyaslı və məzmunlu oldu. Müzakirələr son dərəcə maraqlı idi, çünki dünyanın müxtəlif guşələrindən ekspertləri bir araya gətirib", - o qeyd edib.

A.Kabbaj vurğulayıb ki, Azərbaycanla dostluq və çoxillik münasibətləri olan Mərakeşi təmsil edir: "Biz Azərbaycanla əlaqələrimizlə qürur duyuruq və belə bir forumda iştirak etmək qarşılıqlı əməkdaşlığımızı daha da gücləndirməyə imkan yaradır".

Onun sözlərinə görə, yeni dünya nizamının formalaşması ilə bağlı məsələlərin müzakirəsi son dərəcə aktualdır: "Forum çərçivəsində qaldırılan mövzular təkcə maraqlı və faydalı olmayıb, həm də bir çox cəhətdən adi stereotipləri dağıdıb. Bu, müzakirələri xüsusilə dəyərli edir".

Oxşar xəbərlər

Urs Unkauf: ADA Universitetindəki Forum bütün region üçün flaqman ola bilər
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilir - YENİLƏNİB
Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilir - CANLI YAYIM - YENİLƏNİB
Qazaxıstan rəsmisi: "Aqrar forum Azərbaycanla əməkdaşlığı genişləndirməyə yeni imkan açır”
“ASAN xidmət” COP29 çərçivəsində beynəlxalq forum keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər