Prezidentin köməkçisi: Bakı İrəvana sülh müqaviləsinədək münasibətlərin əsas prinsiplərini razılaşdırmağı təklif edir
Azərbaycan Ermənistana hələ tammiqyaslı sülh müqaviləsi bağlamamışdan əvvəl mehriban qonşuluq münasibətlərinin əsas prinsiplərini razılaşdırmağı təklif edir.
“Sizinxeber.az”un Şuşadakı müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.
“Hələ 2021-ci ildə biz müvəqqəti variant kimi təklif etmişdik ki, bu prinsiplərin uzlaşdırılması ölkələrimiz arasında mehriban qonşuluq münasibətləri yarada bilər”, – o qeyd edib.
Jurnalistlərin sualını cavablandıran prezidentin köməkçisi onu da bildirib ki, ATƏT-in Minsk qrupunun mövcudluğu üçün heç bir əsas yoxdur.
“Azərbaycan təklif edib ki, Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciət etsin. Buna ehtiyac yoxdur. Çünki əgər münaqişə yoxdursa, o zaman ATƏT-in Minsk qrupunun qalması üçün hansı əsaslar ola bilər?”, – H.Hacıyev vurğulayıb.
Oxşar xəbərlər
Prezidentin köməkçisi qonşuluq münasibətlərinin qurulması üçün Azərbaycanın Ermənistana təklifini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvan öhdəliklərini yerinə yetirməlidir - PA rəsmisi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağ daxili məsələdir, buna etiraz etmək cəhdi... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentin köməkçisi: Azərbaycan dəfələrlə dezinformasiya qurbanı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev: Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, heyrətləndirməyi bacarıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












