Qarabağ daxili məsələdir, buna etiraz etmək cəhdi...
Bakı İrəvanla mövcud məsələlərin sülh yolu ilə həllinə köklənib.
Axar.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür və həmişə öz konstitusiyasının və beynəlxalq hüququn müddəalarına uyğun fəaliyyət göstərir. Biz bütün mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmişik", - H.Hacıyev vurğulayıb.
PA rəsmisi bildirib ki, Azərbaycan tərəfi nə Ermənistanla, nə də heç bir üçüncü ölkə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə edəcək.
“Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa beynəlxalq mexanizmlərin yaradılması mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur”, - Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri qeyd edib.
“Qarabağ Azərbaycanın daxili məsələsidir və buna etiraz etmək cəhdi regionda davamlı sülhə nail olmaq baxımından əks effekt verir”, - H.Hacıyev əlavə edib.
Oxşar xəbərlər
İrəvan öhdəliklərini yerinə yetirməlidir - PA rəsmisi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev: “Antiterror tədbiri lokal və məhdud xarakter daşıyırdı” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev: "Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxmaq niyyətindədir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev: ""Boz zona" statusunu saxlamaq Azərbaycanın təhlükəsizliyinə birbaşa meydan oxumaqdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı bu ittihamları rədd edir - Hacıyev [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












