Prezidentin köməkçisi qonşuluq münasibətlərinin qurulması üçün Azərbaycanın Ermənistana təklifini açıqlayıb
sizinxeber.az xəbər saytı

Prezidentin köməkçisi qonşuluq münasibətlərinin qurulması üçün Azərbaycanın Ermənistana təklifini açıqlayıb


İstənilən ölkənin konstitusiyasında digər dövlətin ərazisinə qarşı iddialar varsa, buna son qoyulmalıdır.

Sizinxeber.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın mövqeyi bəllidir: “Azərbaycan gözləyir ki, Ermənistan konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarına son qoysun. Biz başa düşürük ki, konstitusiya hər bir ölkənin daxili işidir. Amma konstitusiyada digər dövlətin ərazisinə qarşı iddialar varsa, bunlara son qoyulmalıdır və hüquqi çərçivə tam şəkildə ərazi iddialarına son qoyacaq formada olmalıdır ki, bunun əsasında biz irəli gedək. Azərbaycan təklif edib ki, Minsk qrupunun fəaliyyətinə xitam verilməsi üçün Ermənistan və Azərbaycan birgə ATƏT-ə müraciət etsinlər. Çünki artıq Minsk qrupu kimi təsisatın qalmasına da ehtiyac yoxdur. Əgər münaqişə yoxdursa, Minsk qrupunun olmasına nə əsas var? Bu xüsusda Azərbaycan Ermənistan tərəfinə təklif edib ki, müvəqqəti yanaşma olaraq biz iki ölkə arasındakı qonşuluq münasibətlərinin əsasını təşkil edə bilən əsas prinsiplər məsələsində də razılığa gələ bilərik. Buna aralıq sülh müqaviləsi deməzdim. Nəzərə almaq lazımdır ki, 2021-ci ildə bütövlükdə sülh prosesinin əsasını təşkil edən prinsiplərin təşəbbüskarı da Azərbaycan tərəfi idi".

Oxşar xəbərlər

Hikmət Hacıyev: Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev: Xocalı soyqırımına görə Ermənistan dövlət kimi məsuliyyət daşıyır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentin köməkçisi Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev: Azərbaycan COP29-un uğurla keçirilməsi üçün əlindən gələni edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şamil Ayrım Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər