Hikmət Hacıyev: Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır
Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa ərazi iddiaları var.
"Sizinxeber.az"un Şuşaya ezam edilən müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.
O qeyd edib ki, Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır:
"Sülh sazişi ilə bağlı vaxt çərçivəsi qoymuruq. Azərbaycan gözləyir ki, ərazi iddiasına son qoyulsun. Anlayırıq ki, konstitusiya hər ölkənin daxili işidir, amma burada başqa ölkəyə qarşı ərazi iddiası olmamalıdır. Hüquqi çərçivə ərazi iddialarına son qoyacaq formada olmalıdır".
Oxşar xəbərlər
İlham Əliyev: Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır
Azərbaycan Prezidenti: “Ermənistanın Naxçıvana qarşı ərazi iddiaları var idi”
Hikmət Hacıyev: Dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir
Qarabağ daxili məsələdir, buna etiraz etmək cəhdi...
Prezidentin köməkçisi: Azərbaycan dəfələrlə dezinformasiya qurbanı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













