Hikmət Hacıyev: Xocalı soyqırımına görə Ermənistan dövlət kimi məsuliyyət daşıyır
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev: Xocalı soyqırımına görə Ermənistan dövlət kimi məsuliyyət daşıyır


Xocalıda aşkarlanan kütləvi məzarlıqlardakı insan qalıqlarının kimliyi DNT analizi ilə müəyyənləşdiriləcək.

Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında qeyd edib.

“Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb. Ola bilsin ki, bu adsız və günahsız mülki qurbanların qalıqlarının 1992-ci il 26 fevralda törədilmiş Xocalı soyqırımının növbəti ildönümündə tapılması ilahi ədalətdir. Onların kimlikləri DNT analizləri ilə müəyyən ediləcək. Ermənistanın hərbi təcavüzü nəticəsində təxminən 4000 azərbaycanlı itkin hesab olunur. Ermənistan kütləvi şəkildə qətlə yetirilmiş azərbaycanlıların basdırıldığı bu cür kütləvi məzarlıqlarla bağlı məlumat verməkdən imtina edir”, - Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi beynəlxalq hüquqa əsasən istənilən dövlətin beynəlxalq səviyyədə yol verdiyi haqsızlıqlara görə beynəlxalq məsuliyyət daşıdığını vurğulayıb: “Ermənistan Respublikası Xocalı soyqrımına və azərbaycanlılara qarşı digər haqsız hərəkətlərinə görə dövlət məsuliyyəti daşıyır. Ermənistan Respublikası hələ də Azərbaycan xalqından və dövlətindən 30 illik hərbi işğala, xüsusilə də Xocalı soyqırımına görə üzr istəməyib”.

Oxşar xəbərlər

Ombudsman Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı çağırış edib
Ombudsman Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək
Qriqoryan: Ermənistan özü üçün təhlükəsizlik təminatları axtarır
Azərbaycan Prezidenti: Türkiyə bu gün dünya çapında söz sahibidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər