Kölndə səyyar konsulluq xidməti keçirilib
Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar konsulluq xidməti həyata keçirib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" səhifəsində paylaşım edib.
Xidmət Köln şəhərində fəaliyyət göstərən Almaniya-Azərbaycan Mədəniyyət Evində təşkil olunub.
İlkin olaraq, sözügedən xidmətin yalnız 29-30 martda keçirilməsi nəzərdə tutulsa da, müraciətlərin çoxluğu nəzərə alınaraq, müraciətlərin qəbulu 31 mart tarixində də davam etdirilib.
Səyyar konsulluq xidməti zamanı ümumvətəndaş pasportunun yenilənməsi üçün 123 vətəndaşımızın müraciəti qəbul edilib.
Növbəti aylarda Almaniyanın digər böyük şəhərləri də əhatə olunacaq.
Səfirliyin məqsədi bu və ya digər səbəbdən Berlinə səfər edə bilməyən vətəndaşlarımıza yerində operativ və rahat xidmət göstərməkdir.
Oxşar xəbərlər
Azərbaycanın Fransadakı səfirliyinin konsulluq bölməsi səyyar xidmət göstərəcək
Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi 12 gün bağlı olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq
