Səfir: Qırğızıstana göndərilən yardım xalqlarımız arasında bağların getdikcə möhkəmləndiyini sübut edir
Ölkəmizə göndərilən bu yardım xalqlarımız arasında bağların getdikcə möhkəmləndiyini və gələcəkdə daha da güclənəcəyini sübut edən əsas göstəricidir.
Sizinxeber.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov deyib.
O, yardıma görə Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür edib.
“Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olaraq, Azərbaycan Respublikasının rəhbərliyinə, xüsusilə Prezident İlham Heydər oğlu Əliyevə, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə və Azərbaycan xalqına Qırğızıstana növbəti dəfə göndərilən bu humanitar yardım üçün dərin minnətdarlığımı bildirirəm. Bu, liderlərimiz, prezidentlərimiz tərəfindən müəyyən olunmuş siyasi kursun zəmanəti olmaqla yanaşı, həm də gələcəkdə Türk qardaşlığımızın daha da möhkəmlənməsi üçün zəruri şəraitin yaradılmasına xidmət edir. Ölkəmizdə yaz fəsli başladığı üçün adətən yanğınlar bu fəsildə daha çox qeydə alınır. Ona görə də yardımın xüsusilə belə bir məqamda göndərilməsi çox vacib xarakter daşıyır”, - diplomat qeyd edib.
Oxşar xəbərlər
Nazir müavini: Qırğızıstana göndərilən yanğınsöndürmə avtomobilləri bütün növ texniki vasitələrlə təchiz olunub
Kəmaləddin Heydərov Belarus səfiri ilə görüşüb
Paraqvayın yeni səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib - YENİLƏNİB
Prezident İlham Əliyev Albaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Kəmaləddin Heydərov Misir səfiri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
