Nazir müavini: Qırğızıstana göndərilən yanğınsöndürmə avtomobilləri bütün növ texniki vasitələrlə təchiz olunub
sizinxeber.az xəbər saytı

Nazir müavini: Qırğızıstana göndərilən yanğınsöndürmə avtomobilləri bütün növ texniki vasitələrlə təchiz olunub


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Qırğız Respublikasına göndərilən budəfəki humanitar yardıma 10 ədəd "KamAZ" markalı xüsusi təyinatlı yanğınsöndürmə texnikası daxildir.

Sizinxeber.az xəbər verir ki, bunu jurnalistlərə fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev deyib.

O bildirib ki, əsas məqsəd Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasını gücləndirməkdən ibarətdir: “Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, təmənnasız maddi-texniki yardım göndərilib. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan 10 ədəd "KamAZ" markalı xüsusi təyinatlı yanğınsöndürmə texnikası Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə göndərilir. Bu texnikalar, yanğınsöndürmə avtomobilləri yanğınlarla effektiv mübarizə aparılması üçün bütün növ texniki vasitələrlə təchiz olunub".

Oxşar xəbərlər

FHN Qırğızıstana təmənnasız 10 xüsusi təyinatlı yanğınsöndürmə avtomobili göndərib - FOTO
Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib
Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazaları möhkəmləndiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər