

Səfir: Azərbaycan və Gürcüstan zərərli ideoloji təsirlərin qarşısının alınmasında səmərəli əməkdaşlıq edir
"Azərbaycan və Gürcüstan zərərli ideoloji təsirlərin qarşısının alınması istiqamətində fəal əməkdaşlıq edir."
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Tbilisidə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə keçirilən iftar mərasimində çıxışı zamanı deyib.
“Azərbaycan və Gürcüstan bütün digər sahələrdə olduğu kimi dini sahədə də yaxından əməkdaşlıq edir. İki ölkə yad təsirlərin, zərərli ideologiyaların qarşısının alınmasında yaxından əməkdaşlıq edir və biz bu sahədə çox güclüyük”,- səfir deyib. Faiq Quliyev iftar məclisində Gürcüstanın bütün bölgələrindən - Marneuli, Dmanisi, Bolnisi, Qaraçöp və digər bölgələrdən qonaqların iştirak etdiyini və bunun vəhdət nümayişi olduğunu vurğulayıb.
Gürcüstanın Dini Qurumlarla iş Üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze isə çıxışında Azərbaycan və Gürcüstan arasında dostluğun alternativi olmadığını və bu əlaqələrin bütün dünyaya nümunə olduğunu vurğulayıb.
“Bayram ərəfəsində bu gözəl mənzərə Gürcüstan və Azərbaycan arasında birliyin və dostluğun tərənnümüdür. Gürcüstan və Azərbaycan, gürcü və Azərbaycan xalqları arasında dostluğun bənzəri yoxdur və bütün bunlar dünyaya nümunədir. Bu münasibətlərin qayğısına qalmaq hər iki tərəf üçün vacibdir. Bizim şəxsi münasibətlərimiz dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verir. Dini səviyyədə səfərlər də əlaqələrin güclənməsinə xidmət edir. İndi xristianların və müsəlmanların orucluq dövrü üst-üstə düşür, provaslav dünyası da oruc tutur və bu məqam həm də rəmzi xarakter daşıyır”, - Vaşakmadze deyib.
Mərasimdə DQİDK-in sədri Ramin Məmmədov, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamemtlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev, müxtəlif şəhərlərin merləri, icma üzvləri, din xadimləri iştirak ediblər.
Oxşar xəbərlər
Gürcüstanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb - FOTO
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçirilir - FOTO
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib
Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub
Azərbaycan səfiri Gürcüstanın XİN başçısı ilə regional məsələləri müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fateme Mohacerani: İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə imkan verəcək
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
İranın daxili işlər naziri ölkənin cənubunda partlayış baş verən əraziyə uçub
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
Mətin Kərimli: Xankəndi sülhün, yenilənmənin və tərəqqinin rəmzinə çevrilib
-
COP Simulyasiya Konfransı çərçivəsində Xankəndi Gənclər Paktı imzalanacaq
