Şimali Makedoniya Prezidenti: Azərbaycan çox maraqlı tərəfdaşa çevrilir
sizinxeber.az xəbər saytı

Şimali Makedoniya Prezidenti: Azərbaycan çox maraqlı tərəfdaşa çevrilir


"Prezident İlham Əliyev Azərbaycanla strateji tərəfdaşlıqda Avropa İttifaqının marağı haqqında artıq danışdı".

Sizinxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan və Şimali Makedoniya prezidentlərinin mətbuata bəyanatları zamanı Qordana Silyanovska-Davkova deyib.

O bildirib ki, Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir.

"Mən cənab Prezidentə söylədiyim məsələləri bir daha vurğulayıram ki, biz irəliyə doğru addımın atılmasını gözləyirik və əməkdaşlığa dair bəyannaməyə və ya razılaşmaya imza atacağıq. Bu, o demək deyil ki, biz yalnız qaz təchizatında Azərbaycandan yardım alacağıq, o cümlədən iqtisadi əməkdaşlıq üçün də imkanlar yaranacaq", - Qordana Silyanovska-Davkova deyib.

Oxşar xəbərlər

Silyanovska-Davkova Azərbaycanla Strateji Əməkdaşlıq Sazişinin imzalanmasına heç bir maneə görmür
Prezident: Avropa Azərbaycan qazına ehtiyac duyur
Azərbaycan lideri Şimali Makedoniya Prezidenti ilə görüşüb - YENİLƏNİB
Şimali Makedoniya və Azərbaycan arasında diplomatik pasport sahibləri üçün viza tələbi ləğv ediləcək
Prezident: Şadam ki, Azərbaycanla Şimali Makedoniya arasında siyasi dialoq dinamik xarakter alır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər