Hikmət Hacıyev Fələstin səfirini qəbul edib
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev Fələstin səfirini qəbul edib


Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasser Abdul Kərim ilə Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə vida görüşü baş tutub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfir Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar göstərilən səmimi qəbula görə H.Hacıyevə öz təşəkkürünü bildirib.

Görüş zamanı həmçinin iki dost ölkə, Fələstin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Hikmət Hacıyev Belarus səfirini diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib
Türkiyə səfiri Hikmət Hacıyevlə görüşüb
Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfirini qəbul edib
Hikmət Hacıyev missiyasının başa çatması münasibətilə Polşanın səfiri ilə görüşüb
Litvanın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər