Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub
Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib.
APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməni məhbusların və müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
"Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra, Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər. Ermənistan XİN-ə onu da xatırlatmaq istərdik ki, Azərbaycan həmçinin 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərindən sonra 10 mindən çox qeyri-qanuni erməni silahlı qüvvələrinə silahı yerə qoymağa və Azərbaycan ərazilərini tərk etməyə icazə verməklə böyük jest edib", - XİN rəsmisi qeyd edib.
Oxşar xəbərlər
XİN Ermənistanın Arayik və digərlərinin məhkəməsi ilə bağlı iddialarını rədd edir
XİN: Erməni sakinlərin Azərbaycan ərazilərini tərk etməsini “etnik təmizləmə” kimi qələmə vermək riyakarlıqdır
XİN: Ermənistanın Sumqayıt hadisələri ilə bağlı bəyanatında ölkəmizə qarşı tarixi faktlar saxtalaşdırılıb
Xarici İşlər Nazirliyinin mətbuat katibi Paşinyanın İctimai Televiziyaya müsahibəsi zamanı irəli sürdüyü iddiaları şərh edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
-
Tramp Polşaya 5 min ABŞ hərbçisinin göndəriləcəyini açıqlayıb
