Ceyhun Bayramov Pakistan Senatının sədrini Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiya Parlament Assambleyasının 15-ci plenar iclası çərçivəsində ölkədə səfərdə olan Pakistan Senatının sədri Yusif Rza Gilaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığı, parlament diplomatiyasının əhəmiyyəti, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Ötən il Pakistana rəsmi səfəri və bu çərçivədə Yusif Rza Gilani ilə görüşünü məmnunluqla xatırlayan Ceyhun Bayramov intensiv qarşılıqlı təmas və səfərlərin strateji tərəfdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.
Əsasında dostluq, qardaşlıq, qarşılıqlı hörmət və dəstəyin dayandığı Azərbaycan-Pakistan münasibətlərinin ikitərəfli, o cümlədən çoxtərəfli müstəvidə inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu diqqətə çatdırılıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə iki ölkə tərəfindən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstək minnətdarlıqla qeyd olunub.
İki ölkənin qanunvericilik orqanları, millət vəkilləri arasında əlaqələrin, habelə parlament diplomatiyasının gücləndirilməsinin tarixi və mədəni baxımdan yaxın olan iki xalq arasında münasibətlərə töhfə verdiyi bildirilib.
XİN başçısı, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minatəmizləmə fəaliyyəti, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Pakistan Senatının sədri ilə görüşüb
Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycanın sülh səylərini müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov: Azərbaycan-Serbiya strateji tərəfdaşlığı daha da genişlənəcək
BMT-də Ermənistanın sürətli silahlanması diqqətə çatdırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Türkiyənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Azərbaycan Premyer Liqası: "Sabah" və "Qarabağ" cari mövsümdə sonuncu oyunlarını keçirəcəklər
