Zaxarova: Kommunikasiyaların açılması məsələsində Rusiya və İranın yanaşmaları oxşardır
sizinxeber.az xəbər saytı

Zaxarova: Kommunikasiyaların açılması məsələsində Rusiya və İranın yanaşmaları oxşardır


Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsində Rusiya və İranın yanaşmaları prinsipcə oxşardır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu, tam şəkildə yanvarın 17-də Moskvada imzalanmış Rusiya və İran Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişində də təsdiqlənib: “Bu sənədə əsasən, tərəflər Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin olunmasına yardım edirlər, regiona üçüncü qüvvələrin destabilləşdirici müdaxiləsinin qarşısının alınmasında əməkdaşlıq edirlər. Bir fərq var ki, Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun iştirakçısıdır”.

Rusiya XİN sözçüsü qeyd edib ki, bu işçi qrup çərçivəsində böyük işlər həyata keçirilib, regionda kommunikasiyaların blokdan çıxarılmasının baza prinsiplərinin razılaşdırılmasına nail olunub: “Bu, marşrutların keçdiyi ərazilər üzərində dövlətlərin suverenliyinin və yurisdiksiyasının qorunub saxlanılmasını özündə ehtiva edir. Məlum şərtlər həm Bakı, həm də İrəvan tərəfindən qəbul olunub. Lakin təəssüflər olsun ki, hazırda Üçtərəfli İşçi Qrupun işi Ermənistan tərəfinin mövqeyinə görə dondurulub. Təəssüf ki, mən bunu səsləndirməyə məcburam. Bu faktalogiyadır. Biz tam şəkildə əməkdaşlığı bərpa etməyə hazır olduğumuzu təsdiq edirik”.

Oxşar xəbərlər

Zaxarova: Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılması istiqamətində çalışır
Zaxarova: Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını tam dəstəkləyir
Zaxarova: Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığımızın tam bərpa olunacağına ümid edirik
Rəsmi Moskva Paşinyanın Zəngəzur dəhlizinə monitorinqin FTX-ya verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib
Lavrov 3+3 platformasında iştirak üçün İstanbula gedəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle